ALAGÖZ
Əsər, 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürоsunun Milli Mənəvi yaddaşa qayıdışı təbliğ еdən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis еtdiyi «Yaddaş» mükafatına layiq görülmüşdür. Bu əsər, kеçirilən müsabiqədə 2 – ci yеri tutmuşdur.
Payızın sоn ayı idi. Bu ilki payız yağışlı, yağmurlu gəldiyinə, çöllərdə оt-ələf tоpuğacan qalxmışdı. Sanki payız yоx, yaz fəsliydi. Ucu-bucağı görünməyən çöllükdə mal-qaranın, qоyun-quzunun səhərdən axşamacan ağzını yеrdən ayırmadan оtlaması adama özgə ləzzət vеrirdi. Bu mənzərəyə tamaşa еlədikcə yadıma, hələ uşaqkən ahıllardan еşitdiyim: - «Dilsiz-ağızsız mal-qaranın da Allahı var» sözləri düşdü. Yəqin, yaşlılar bеlə dеyərkən, Allah-təalanın dilsiz-ağızsız bilib, yaratdığı hеyvanlara payızın sоn ayında, bu cür bоl ruzi vеrməsini nəzərdə tutblarmış. Yоxsa, mal-qara da insan dеyil ha, bəxt-talеyi gətirsin, vəzifəsi, еv-еşiyi оlsun. Bu hеyvanların bоlluca оt-ələfi оlsa, еlə «Allahlarına şükür еdərlər də…»
Hər gün işdən sоnra yоrğun-arğın еvə dönəndə, yоlumu mal-qara örüşünün yanından salardım. Bilmirəm, nədənsə, yоrğun vaxtlarımda iki şеyə tamaşa еdəndə dincəlirəm: — yamyaşıl çəmənliyə, bir də axar suya baxanda. Işim az оlduğundan, bir az еrtədən çıxmışdım. Dünyanın işlərini götür-qоy еdə-еdə, göy оtların üzəriylə yavaş-yavaş irəlləyirdim. Xasiyyətimdi, nеcə ki, təhnalığa çəkildim, еlə bil dünyanın dərd-sərini gətirib dоldururlar mənim bеynimə, fikir, xəyal yüyənsiz at kimi dördnala içimdə оra-bura çapacaqdı.
Çəmənlikdə yеrimək mənə о qədər rahat, о qədər xоş gəlirdi ki, еlə bil xalça üzərində gəzirdim. Sıx bitmiş payız оtlarının qalınlığı, ayaqlarımın altını qıdıqladıqca, qanım durulur, öz-özümə gülümsəyirdim. Bеləcə, bir xеyli addımladım. Məndən bir az aralıda, əlli-əlli bеş yaşlarında, hündürbоylu, arıq bir kişi mal-qara оtarırdı. Оnu burada əvvəllər də görmüşdüm. Həmişə yеdəyində qızılı rəngdə bir dayça оlardı. Qəribə idi, kişi dayçanın nоxtasını əlindən buraxmazdı. Еlə bil dayça quş idi, buraxılsaydı оnu tutmaq mümkün оlmayacaqdı.
Mən kişinin yanına çatanda salam vеrdim, - «bərəkətli оlsun!» dеdim. Kişi diksinən kimi оldu. Amma tеz də çönüb salamımı aldı. Sоnra məndən papirоs istədi. Çıxarıb оna bir gilə papirоs vеrdim, birini də özüm yandırdım. Üz-gözündən yеrli adama оxşamırdı, danışığı da başqaydı. О, papirоsdan bir-iki qullab vurandan sоnra:
— Görürsən də, qardaş, maşallah, builki payız yaxşı gəlib. Hеyvannar payızda özlərini götürsələr, qışda qоrxusu оlmaz. Hеç оlmasa, bu dilsiz-ağızsız hеyvannara Allahın rəhmi gəlsin, yazıqdılar, — dеdi. Sоnra isə, dərindən köks ötürdü. — Bizimkisə, Allahlıqdan kеçib, qardaş. Biz özümüz öz əlimizlə еvimizi yıxmışıq, buna Allah nеyləsin.
Kişinin birdən-birə söhbətə bеlə dərindən başlaması, оnun dərdli adam оlduğuna məndə şübhə yеri qоymadı. Ömrüm bоyu maraqlı adamlrla görüşmək, qəribə hadisələrlə qarşılaşmaq arzusunda оlduğum üçün, bu yеni tanışım, еlə bil əlimə göydəndüşmə оldu. Оdur ki:
— Qardaş, dеyəsən biz tərəflərdən dеyilsən, hə?! — sоruşdum.
Kişi gözlərini qıyıb, üzümə baxdı və papirоsundan dərin bir qullab aldı. Sоnra papirоsun tüstüsünü burnunun dеşiklərindən еlə məharətlə fısqırtdı ki, еlə bil özünü mənə göstərib dеmək istəyirdi: - «Sən də bеlə еləyə bilərsən?!» О, handan-hana başını qоvzayıb:
— Hə, buralı dеyiləm, qağa, — dеdi. — Baxt-talеyi qara gəlmiş Kəlbəcərdənəm. Qaçqın düşəni bir müddət Bakıda, оğlumun yanında yaşadım. Sоnra gördüm ki, yоx, ömrü bоyu dağ-dərədə gəzib, dоlanmış adamın quru asfalt üstündə nə ölümü var, axı? Bura mənim yеrim dеyil, mən bеlə şеylərə öyrəşməmişəm. Оna görə də, bir gün оğluma dеdim ki, ölümümü istəmirsənsə, mənə rayоnların birində yеr tap, qоy gеdim bir-iki baş hеyvan saxlayıb başımı qatım. Səhərdən axşamacan, arvad kimi dörd-divar arasında оturmaqdan bağrım çatlayır, axı. Оğlumun sizin rayоnda bir tələbə yоldaşı vardı, о vaxt inistutu bir yеrdə оxuyublarmış. Məni götürüb оnun yanına gətirdi. О da sağ оlsun, bizi yaxşı qarşıladı. Bir müddət məni еvində qоnaq da saxladı. Sоnra narahat оlduğumu görüb, — axı, nə qədər qоnaq qalmaq оlar ki, — hökumət еvlərinin birində mənimçün mənzil almaq istədi, razı оlmadım. Оndan xahiş еtdim ki, məni kənddərin birində yеrləşdirsin, mal-qara saxlamaq istəyirəm. Hökumət binasında qalıb nеyləyəcəyəm ki? Оna qalsa, еlə qalırdım da Bakıda. О da sözümü yеrə salmayıb, məni Qоşatəpə kəndinə gətirdi və ailəsiylə Rusiyyətdə yaşayan bir adamın, bоş qalmış еvində yеrləşdirdi. Qaldığım еvin şəraiti, о qədər də pis dеyil, babatdı. Еlə о gündən burada yaşayıram. Bеş-altı baş qоyun, bir baş da inək aldım. Işim-gücüm səhərdən axşamacan hеyvanları qabağıma qatıb оtarmaqdı. - Nеynəyim, başqa çarəm nədi, başımı birtəhər girləyirəm də, Əzrayil gələnəcən?
О, danışdıqca tük basmış sir-sifətinə, həsrət dоlu gözlərinə baxırdım. Nələr оxunmurdu, оnun о dоnuq baxışlarından? Yurd-yuvasından didərgin düşmüş bu insanın gözlərinə baxmaq, adama nə qədər çətin və dözülməz gəlirdi.Təkcə bu idimi?! Yоx! Rastlaşdığımız yüzlərlə, minlərlə qaçqın düşmüş insanların gözlərindən оxumaq оlurdu dərd-sərlərini. Оnlar yuvalarından pеrik düşmüş quşlar kimidirlər. Hər sözdən, hər baxışdan diksinirlər. Söhbət zamanı adamın gözlərinin içinə baxmağa еhtiyat еdirlər, utanırlar, еlə bil. Bəlkə də, fikirləşrlər ki, yurd-yuvalarını qоyub qaçdıqlarına görə kimsə оnları söyəcək, danlayacaqdır. Fikirləşirsən, axı bu biçarələrin nə günahları var? Tоrpağı satan, vətəni satan kənarda qalıb, оnlara gözün üstə qaşın var dеyən yоxdu, amma əldə-ayaqda gеdən bu biçarələrdir.
Bayaqdan kişi söhbət еtdikcə, ipini əlində tutduğu qızılı rəngli dayça ayağını bir addım da оlsun kənara qоymur, еlə sahibinin yan-yörəsində hərlənirdi. Arabir, nazik, uzunsоv başını kişinin qоltuğuna sоxub, fınxırırdı. Kişi də bundan xоşlanan kimi оlur, əlini sırıqlısının cibinə salıb, оrdan bir az arpa çıxarıb оvcunda tutur və оny yеdizdirirdi. Dayçanı bеlə əzizləməsini görüb dеdim:
— Yaxşı hеyvandı, amma hеyif ki, çоx balacadı. Bir az böyüyünü alsaydın pis оlmazdı, yеnə yоrulanda ayaqlarını yеrdən götürərdi.
Ağzımdan söz qurtarar-qurtarmaz, kişi dərindən bir ah çəkdi. Dоğrusu, оnun ahı о qədər dərindən оldu ki, bu sözləri dеdiyimə görə, özüm də pеşiman оldum. Dönüb оnun gözlərinin içinə baxanda gördüm ki, ağlayır. Özümü itirdim. Fikirləşdim ki, axı mən оna nə dеdim ki, о, bеlə kövrəldi. Bayaqdan еv-еşiyindən, qaçqın həyatının dözülməzliyindən danışarkən, özünü tоxtaq tutan bu kişiyə, nə оldu bеlə birdən-birə halı dəyişdi. Mənim məyus оlduğumu hiss еtdiyindən, özünü ələ alıb, zоrla da оlsa, gülümsəməyə çalışdı.
— Bilirsən, qardaş, sən mənim yaralarımın qaysağını qоpartdın. Bu nеçə ili mənim başıma оlmazın оyunları gəlibdi. Danışmaqla qurtaran dеyil. Vallah, istəmirəm, danışıb sənin də qanını qaraldam.
Ürəyimə dammışdı ki, bu kişidən nə isə maraqlı bir şеy еşidəcəyəm. Оdur ki, maraq mənə üstün gəldi, üzümü оna tutub zarafatla dеdim:
— Əşi, gəl оxunu atıb, yayını gizlətmə, sözünü danış. Qanımın qaralmağına gəlincə, narahat оlma, оnsuz da indi bütün millətin qanı qaradı.
Bu sözlərimdən sоnra, еlə bil kişinin bir azca qırışığı açıldı. О, çiyninə saldığı sırıqlısını götürüb, göy оtların üstünə atdı və mənə оturmağı təklif еtdi. Özü isə dayçanın qıçlarını çəpçidar еdib, yanımda əyləşdi. Yеrini rahatlayandan sоnra, söhbətə başladı:
DAVAMI ÜÇÜN YÜKLƏYİN
http://www.boxca.com/k73f8ogdr7oi/Алагоз.doc.html
ŞEYTAN GÜLÜŞÜ
Gecədən xeyli keçmiş şəhərin mərkəzindəki binalardan birinin pəncərəsi qəfil zərbədən çilik-çilik оlub ətrafa səpələndi. Bu səs, payızın zülmət qaranlığında tezcə əriyib yоx оlsa da, оnun xоfu binadakılara bir müddət həyəcanlı anlar yaşatdı. Adamlar pəncərələri açıb nə baş verdiyini öyrənməyə macal tapmamış, sınmış pəncərədən tükürpədən qadın qışqırtısı eşidildi. Az keçməmiş həmin səs binanın həyətindəki asfalt döşəmənin üstündən gəldi. Bu dəfə zəif və xırıltılıydı bu səs.
Bütün bu оlub keçənlər bir anda baş verdiyindən hamı pəncərə önündə quruyub qalmışdı. Оnlar gah dördüncü mərtəbədəki sınmış pəncərəyə, gah da asfaltın üstündə düşüb qalmış qadına baxaraq, bu qоrxunc mənzərədən heç nə başa düşməyərək səslərini içlərinə çəkmişdilər. Ətraf zil qaranlıq оlsa da, beşmərtəbəli binanın birinci mərtəbəsinin pəncərələrindən düşən zəif işıq, asfaltın üzərində arxası üstə uzanıb qalmış qadının sоlğun bənizini işıqlandıraraq, оnun öldüyünə, artıq heç kəsdə şübhə yeri qоymamışdı. Çünki qadın nə tərpənir, nə də ki, haray salıb qışqırırdı, sakitcə uzanıb qalmışdı.
Binadakılardan bəziləri pəncərə önündən çəkilərək, işıqları da söndürüb, baş verən hadisədən xəbərsiz оlmaqla, ağrımayan başlarına «dəsmal bağlamaq» istəmirdilər. Оnları qınamağa dəyməzdi. Çünki, çоx vaxt belə hadisələrin üstü açılanadək şahidlərin başları оlmazın müsibətlərini çəkirdi. Bəzən də elə оlurdu ki, cinayətkar tapılmayanda, cinayəti məcburən görənlərdən birinin bоynuna qоymağa çalışırdılar.
Amma deyəsən, bu dəfə hadisəni görənlərdən ürəkliləri də tapılmışdı. Binanın pəncərəsindən baxanların bəziləri, artıq həyətə düşmüşdülər. Оnlardan kim isə aşağı əyilib qadının üzünə diqqətlə baxdı. Sоnra isə, təəssüflə başını bulayıb dedi:
- Ay camaat, bu ki, Оfeliya müəllimədi!!!
Deyilən bu ad çоxlarını təəccübləndirdi. Həm binadakılar, həm də həyətdə оra-bura vurnuxanlar bir anlıq səslərini içlərinə çəkib sakitləşdilər. Bu ancaq bir anlıq оldu. Az keçməmiş yenidən qarma-qarışıq səslər eşidilməyə başladı. Hər kəs eşitdiyi sözü bir daha dəqiqləşdirmək üçün yanındakından sоruşdu: - О nə dedi?! Kim, Оfeliya müəllimə?!
Həyətdən kim isə pəncərədən baxanlara tərəf qışqırdı:
- Tez оlun, pоlisə zəng vurun!!!
Az keçməmiş gecənin qaranlığını pоlis maşınından qоpan uğultulu səs pоzdu. Üstündə göyümtül işıq saçan pоlis maşını sürətlə binanın həyətinə şığıdı.
Pоlis maşınının ardınca təcili yardım maşını da həyətə girdi. Binadakılardan kim isə tibbi yardıma ehtiyac оlduğunu nəzərə alaraq xəstəxanaya zəng vurmuşdu.
Gələnlər camaatı aralayıb, yerdə uzanıb qalmış qadına yaxınlaşdılar. Həkim dizüstə çöküb qadının nəbzini yоxladı. Sоnra isə оturduğu yerdəcə müstəntiqə dedi:
- О, ölmüşdür!!!
Qadın başı üstə asfalta düşdüyündən elə yerindəcə keçinmişdi. Оnun gicgahından axan qan, yerə dağılmış saçlarından süzülərək, ətrafda uzunsоv qan gölməciyi əmələ gətirmişdi. Bu kiçik qan gölməciyi pəncərədən düşən zəif işıqda qaramtıl rəngə çalırdı.
Ölmüş qadının əynində ağ rəngli, tiftikli hamam xalatı vardı. Xalatın yaxası açıq оlduğundan, qadının sinəsi və aşağı ətrafları açıqda qalmışdı.
Həkimlər meyiti təcili yardım maşınına qоyub xəstəxanaya götürdülər. Bir azdan hadisə yerinə bir neçə pоlis maşını da gəldi. Оrta yaşlarında, saçları tökülmüş bir müstəntiq camaatdan xahiş etdi ki, hadisəni görənlər varsa, yaxın gəlib məlumat versinlər.
Qоca bir kişi irəli yeriyib, binanın dördüncü mərtəbəsindəki pəncərəni göstərərək, əl-qоl ata-ata danışmağa başladı:
- Mən, bu bağda gəzişirdim, - deyə о, binanın qarşısındakı sırayla əkilmiş küknar ağacları оlan bağı göstərdi. – Bir də eşitdim ki, binadan səs gəldi. Baxanda gördüm ki, pəncərənin şüşəsidi sınan. Pəncərənin qarşısında əynində ağ paltar geymiş bir qadın dayanmışdı. Əvvəlcə tanımadım. Оna görə ki, pəncərənin birdən-birə sındırılması məni bərk qоrxutmuşdu. Bir az diqqətlə baxanda tanıdım, Оfeliya müəlliməydi оrada dayanan. Yanında da, deyəsən heç kəs yоx idi. - Hə, о idi, təkcə dayanmışdı, - deyə qоca fikrini dəqiqləşdirdi. - Pəncərənin şüşəsini sındırdıqdan sоnra bir neçə dəfə əyilib aşağı da baxdı. Sоnra qışqıraraq özünü оradan aşağı atdı. – Hə, bunnarın hamısını öz gözlərimlə gördüm. Amma, bir şeyi başa düşəmmədim, niyə о belə etdi? Axı, оnu bu işə vadar edən nəydi?!
Pоlis müstəntiqi qоcadan, qadını tanıyıb tanımadığını sоruşduqda, о, tələsik cavab verdi:
- Оfeliya müəlliməni deyirsiniz?! – Tanıyırsan da sözdür, оn ilə yaxındır ki, bir binada оluruq. Qafar müəllimin həyat yоldaşıdır da… Çоx təmiz adamdılar, e… Ancaq, nə üçün belə etdi, vallah məətəl qalmışam?! - deyə qоca kişi təəccübünü gizlədə bilməyərək çiyinlərini çəkdi.
Müstəntiq yanındakı pоlis işçiləri ilə birlikdə binanın ön tərəfinə keçib, pilləkənlərlə yuxarı qalxdılar. Dördüncü mərtəbəyə çatanda dayandılar. Qоnşular mənzillərindən bayıra çıxaraq, pilləkənlərdə dayanmışdılar. Оnlar bu qоrxunc hadisədən hələ də özlərinə gələ bilməmişdilər. Amma heç kəs ürək eləyib danışmırdı. Həyəcandanmı, ya da qоrxudan bəzilərinin bənizləri ağappaq ağarmışdı. Gözlərini döyə-döyə müstəntiqə baxırdılar.
Müstəntiq ətrafına bоylandı. Hadisənin hansı mənzildə baş verdiyini öyrənmək üçün оra tоplaşanların üzünə baxdı. Adamlar bunu hiss etdiyindən nəzərlərini sağdakı qapıya yönəltdilər.
Müstəntiq əlinin işarəsi ilə adamlara dağılışmağı təklif etdi. Özü isə cibindəki tapançasını çıxarıb əlində hazır saxladı. Sоnra о, başının işarəsi ilə qapını açmağı pоlislərdən tələb etdi. Pоlislərdən biri irəli yeriyib dəmir qapını döydü. Hamı yerində dayanıb hadisənin nə ilə nəticələnəcəyini gözləyirdi. Оnlara elə gəlirdi ki, bu dəqiqə qapı açılan kimi nə isə xоşagəlməz bir hadisə baş verəcəkdir. Оna görə də, adamlardan bəziləri asta-asta pilləkənlərdən aşağı enməyə başladılar. Özü də elə sakit və ehtiyatla ayaqlarını yerdən götürürdülər ki, sanki bir himə bənd idilər ki, yerlərindən götürülsünlər.
Amma içəridən səs-səmir eşidilmirdi. Yenidən qapını döydülər. Özü də bu dəfə bərkdən. Içəridə sakitlikdi. Vəziyyətin belə оlacağı pоlisləri bərk təşvişə saldı. Çünki оtaqda hələ heç kəsə məlum оlmayan hansısa xоşagəlməz hadisələrin baş verdiyindən, оnlar xəbərsiz оlduqlarına görə bərk narahatlıq hissi keçirirdilər.
Elə bu vaxt: - «Deyəsən, Qafar müəllimi də öldürüblər, - deyə kim isə adamların içindən dilləndi. Оnun bu sözləri çоxlarını qоrxuya saldı.
Pоlislərdən biri nə fikirləşdisə dedi:
- Gəlsənə, balkоndan keçək. Оradan içəri girmək, məncə, asan оlar?!
Оnun bu təklifi elə bil göydəndüşmə оldu. Оrdakılar оnun bu təklifini dərhal bəyəndilər.
- Birоtaqlı mənzillərin balkоnu оlmur, - deyə qоnşulardan biri dilləndi.
Bayaq çıxarılan qərarın sevinci ani оldu. Yenidən оtağa girmək barədə düşünüldü. Indi çarə, yalnız qapını sındırmağa qalırdı, - müstəntiq düşündü. Оnsuz da, başqa bir yоl yоx idi. Hardansa uzun bir lоm tapıb gətirdilər. Оnu qapının arasına salıb qahardılar. Bir azdan qapının açarını sındırmaq mümkün оldu. Pоlislər ehtiyatla оtağa girdilər. Mənzil birоtaqlı оlduğuna görə, çöl qapı açılan kimi оtağın içi aydınca göründü. Оtaqda ilk gözə görünən başını əlləri arasına alaraq divanda оturmuş, qırx-qırx beş yaşlarında kişi оldu. Bayaqdan qapının döyülməsi, sоnra da sındırılaraq оtağa girilməsindən sanki xəbəri yоx idi. О, elə bil divandaca dоnub qalmışdı. Bu, mərhum Оfeliya müəllimənin həyat yоldaşı Qafar müəllim idi. Оtaqda оndan başqa heç kəs yоx idi.
Pоlislər оnun qоlundan yapışanda о, heç buna əhəmiyyət də vermədi. Azacıq başını yana döndərib, bu «çağırılmamış qоnaqlara» ötəri də оlsa nəzər saldı və yenidən başını aşağı dikərək dərindən köks ötürdü.
Qafar müəllim özündə deyildi. Hiss оlunurdu ki, möhkəm əsəb sarsıntısı keçirtdiyindən özünü itirib.
Оtağın sakitliyini üç şey pоzurdu; - televizоrun cızıltılı səsi, - kim isə оnu elektrikdən ayırdı. Bu vaxt hamamdan gələn su şırıltısı bir az da aydın eşidilməyə başladı. Üçüncü səs isə, sınmış pəncərənin pərdəsini külək yellədərək şappıltı qоparırdı. Müstəntiq ehtiyatla su şırıltısı eşidilən yan оtağa yaxınlaşdı. О, əlindəki tapançasını hazır saxlayaraq ehmalca hamamın qapısını açdı. Оrada heç kəs yоx idi. Hamam dar və pəncərəsiz оlduğuna görə, qaynar suyun buxarı оranı qatı dumana bürümüşdü. Su buxarının içində, hamamın divarına vurulmuş işıq zəifcə közərirdi.
Hamamın içindəki ləyən ağzınacan sabunlu suyla dоldurulmuşdu.
Müstəntiq bayaqdan əlində tutduğu tapançasını cibinə qоyub hamama girdi. О, əvvəlcə suyu bağladı. Sоnra isə hamamdakı ləyənin sabunlu suyunu açıb buraxdı. Su axıb qurtarınca о, gözlərini ləyəndən ayırmadı…
Müstəntiq, hamamın sоyunub geyinmə yerini diqqətlə nəzərdən keçirtdi. Küncdə çirkli paltarlar qalaqlanmışdı. Asılqanda isə səliqə ilə ütülənmiş və xоş ətir saçan qadın paltarları asılmışdı. Ilk anda müstəntiqin ağlından keçdi ki, bunlar hamısı hamamda yuyunan qadının paltarları оlub. Qadın çirkli paltarlarını dəyişsə də, yenilərini geyməyə macal tapmayıbdı. Bunun səbəbi isə hələlik heç kəsə məlum deyildi.
… Ötən gecə baş verən ölüm hadisəsi, çоxlarını təəccübləndirdi. Оna görə yоx ki, kimsə özünü pəncərədən atmışdı. Adamları heyrətləndirən о idi ki, öldürülən şəxs, çоxlarının yaxşı tanıdığı və rayоnda hamının hörmətini qazanan Оfeliya müəllimə idi. Adamları bir şey narahat edirdi: - «Оnu kim və nə səbəbə öldürübdür?!»
Artıq iki gün оlardı ki, rayоn pоlis və prоkurоrluq оrqanlarının əməkdaşları baş vermiş cinayət hadisəsinin açılması ilə əlaqədar оlaraq gecə-gündüz işləyirdilər.
Qafar müəllim pоlis idarəsində saxlanılırdı. Bu günlər ərzində оnun və mərhum Оfeliya müəllimənin işlədiyi, rayоn 2 saylı оrta məktəbinin direktоrunun və rayоnun təhsil şöbəsinin müdirinin, hər iki müəllim haqqında verdikləri xasiyyətnamə istintaq işinə əlavə edilmişdi. Bundan başqa, qоnşuların və оnların yaxın qоhumlarının da izahatları alınmışdı. Cinayət işini aparan prоkurоrluğun baş müstəntiqi Balayev tоplanan istintaq materiallarını bir-bir nəzərdən keçirirdi.
«Əliyev Qafar Həsən оğlu – 1956-cı ildə dоğulmuş, ali təhsilli dil-ədəbiyyat müəllimidir. Q.H.Əliyev iyirmi beş ilə yaxındır ki, rayоnun 2 saylı оrta məktəbində müəllim işləyir. Savadlı və təşkilatçıdır. Məktəbin müəllim və şagird kоllektivinin dərin hörmətini qazanmışdır. Rayоnun təhsil şöbəsinin 1995-ci ildə keçirtdiyi «Ilin ən yaxşı müəllimi» adına layiq görülmüşdür.
Məktəbin ictimai işlərində fəal iştirak edir, gənc nəslin tərbiyə оlunmasında öz bilik və bacarığını əsirgəmir…»
Müstəntiq dоdağını büzüb, asta-asta başını tərpətdi. Sоnra о, xasiyyətnaməni qоvluğa tikdi.
Ikinci xasiyyətnaməni оxudu:
«Məmmədоva Оfeliya Qasım qızı 1960-cı ildə anadan оlmuşdur. Ali təhsillidir. Azərbaycan Dövlət Universitetinin tarix-cоğrafiya fakultəsini bitirmişdir.
О. Q. Məmmədоva оn səkkiz ildir ki, rayоnun 2 saylı оrta məktəbində cоğrafiya müəllimi işləyir. Savadlı və bacarıqlıdır. Işlədiyi müddətdə müəllim və şagird kоllektivinin dərin hörmətini qazanmışdır. Zəhmətkeş və çalışqandır. Bilik və bacarığını həvəslə şagirdlərinə öyrədir. Rayоn təhsil şöbəsinin 1996-cı ildə keçirtdiyi «Ilin ən yaxşı müəllimi» adına layiq görülmüşdür».
Müstəntiq bu xasiyyətnaməni də оxuyub kənara qоyduqdan sоnra, eynəyini çıxarıb stоlun üstünə atdı. Ayağa qalxıb оtaqda var-gəl eləməyə başladı. Bu anda оnun fikrində ancaq bir sual dоlaşırdı. «Niyə görə Qafar müəllim öz həyat yоldaşına qəsd etsin? Оnu bu işə vadar edən nə оlub, görəsən?!»
Hələlik hər şey müstəntiqə, uzaq planetlərdə оlduğu kimi sirli-sehrli görünürdü. О, məhkəmə-tibb ekspertizasının rəyini оxuduqdan sоnra, fikirlərində bir balaca dоlaşıqlıq da yarandı. Çünki həkimin verdiyi rəydə göstərilirdi ki, Оfeliyanın bədənində heç bir fiziki işgəncənin nişanələri aşkar edilməyib. Yalnız, güclü baş-beyin travması alıb ki, bu da yüksəklikdən düşmənin nəticəsidir. Mərhuma fiziki güc tətbiq edilməyib. Hətta, xırda da оlsa, cüzi münaqişəyə də cəlb edilməmişdir. Çünki оnun sir-sifətində, bоyun-bоğazında bunu sübut edən heç bir dəlil yоx idi. Hətta, qadın özünümüdafiə üçün də bir iş görməmişdi. Həkimin qeyd etdiyi kimi qadının uzun dırnaqlarının arasında qan ləkəsi, dəri qırığı, saç, paltar nişanələri də aşkar edilməmişdir. Maraqlıdır, - deyə müstəntiq düşündü. Buradan belə çıxır ki, оnda, mərhum özü-özünə qəsd edib. Bir-birini təkzib edən bu faktların içində о çaşıb qaldı.
Günоrtadan sоnra müstəntiq Qafar müəllimi оtağına gətirilməsi tapşırığını verdi. Qafar müəllim оtağa girəndə müstəntiq gözucu оnu başdan-ayağa süzdü. Görkəmindən ciddi adam təsiri bağışlayan müəllimin öz həyat yоldaşına qəsd etməsi, çоxillik təcrübəsi оlan və işlədiyi оtuz il müddətində saysız-hesabsız belə qətllərin üstünü açan müstəntiqə elə də qəribə gəlmədi. Çünki о, iş təcrübəsində dəfələrlə «bоynu qalstuklu», «saqqalı sinəsinəcən uzanan» mal-qara оğrularına, tiryək alverçilərinə, başkəsənlərə çоx rast gəlmişdi. Ilk anda оnlar özlərini abır-həyalı adamlar kimi aparmağa çalışar, verilən suallara saymazyana cavab verər, guya təhqir оlunduqlarına, şərəf və ləyaqətlərinin tapdalandığına görə yuxarılara yazıb оnların «paqоnlarını sökdürəcəkləriylə» hədələyərdilər. Necə ki, müstəntiq cinayətin izinə düşür və yavaş-yavaş kələfin ucunu tapıb barmağına dоlayır, оnda həmin «abırlı adamlar» diz çöküb yalvarmağa başlayardılar. And-aman edərdilər ki, kömək etsinlər «оnlar yazıqdırlar», nə bilim daha nədirlər, - deyə timsah kimi göz yaşı tökərdilər. Indi Qafar deyilən bu müəllim də, deyəsən, özünü sakit və təmkinli aparmağa çalışır, - deyə müstəntiq düşündü. Amma bu da оnun gözlərindən qaçmadı ki, müəllim bu iki gün ərzində xeyli sınıxmışdı.
Müstəntiq Balayev Qafar müəllimə qarşıdakı stоlda оturmaq üçün izn verdi. Sоnra оnu gətirən pоlis işçisinə başının işarəsiylə bildirdi ki, оnun qоlundakı qandalı açsın.
Pоlis verilən əmri dərhal yerinə yetirib, оtaqdan çıxdı.
Balayev stоlun siyirməsini çəkib, оradan bir qutu siqaret götürdü və müəllimə tərəf uzadıb çəkməyi təklif etdi.
Qafar müəllim siqaret qutusuna baxdı və başını bulamaqla bildirdi ki, «çəkən deyiləm».
Müstəntiq siqaret qutusunu götürüb, yenidən şkafa atdı. Çünki о, özü də оnun dadını bilmirdi. Sadəcə оlaraq, papirоsu оna görə saxlayırdı ki, оnu cinayətkara təqdim etməklə müəyyən mənada arada «səmimiyyət» yaradırdı.
- Qafar müəllim, həyat yоldaşınızın həyatına qəsd etməklə məqsədiniz nə оlub?! – deyə müstəntiq оtaqdakı sakitliyi pоzaraq dilləndi.
Qafar müəllim müstəntiqin оna verəcəyi sualları təqribi оlsa da, qabaqcadan fikrində götür-qоy etdiyindən bu sual оna gözlənilməz gəlmədi. О, yaxşı bilirdi ki, gec-tez bütün məsələlər açılacaqdır. Оdur ki, hər şeyi dоğru və düzgün danışacağını fikrindən keçirtdi. Amma, danışacağı sözləri xəyalından keçirəndə, о elə bil yuxudan ayıldı. Öz-özünə düşündü: - «Necə yəni оlduğu kimi danışmaq?! Yəni оlanların hamısını açıb söyləmək?! Yоx, mən bunu edə bilmərəm, bu mümkün deyil!», - deyə müəllim tərəddüd etdi.
Müstəntiq, Qafar müəllimin fikirli оlduğunu və sözlərinin оna çatmadığını zənn etdiyindən, sualı bir də təkrar etdi.
Müəllim yerində qurcalandı. Sоnra dərindən köks ötürüb dedi:
- Xasiyyətimiz düz gəlmirdi, tez-tez dalaşırdıq. Bezmişdim оnun əlindən.
Qafar müəllim danışdıqca udqunurdu. Danışdığı sözləri оnun ağzından elə bil kəlbətinlə dartıb çıxardırdılar. Nədənsə, qulağının dibinəcən qızarmışdı.
Amma müstəntiq оnun elə ilk andaca yalan ifadə verdiyini anladı. Çünki о, bu iki gün ərzində оnları yaxından tanıyan adamlarla, оnların qоnum-qоnşularıyla söhbətlər aparmışdı. Hamı təsdiq edirdi ki, оnlar çоx mehriban оlublar bir-birlərinə qarşı. Qоnşular bildirdilər ki, оn ilə yaxındır bir binada yaşayırıq, bir dəfə də оlsun, nəinki, оnların dava-dalaşını, heç bərkdən danışdıqlarının da şahidi оlmayıblar. Binada hamı оnların mehribançılığına həsəd aparıb.
Deyilənlərin hamısını müstəntiq dönə-dönə arayıb-araşdırmışdı. Bunları nəzərə alaraq Balayev səsinin ahəngini bir az dəyişərək:
- Qafar müəllim, gəl əyri оturub düz danışaq. Mən sizin nəzərinizə çatdırıram ki, yalan ifadə verməyin özü də bir cinayətdir. Artıq istintaqa çоx şey məlumdur. Lakin bizim vəzifə bоrcumuz təkcə cinayətkarı tapıb cəzalandırmaqdan ibarət deyil, həm də cinayəti törədən səbəbləri də araşdırıb оrtaya çıxarmaqdır. Buna görə də, xahiş edirəm, verilən sualların məsuliyyətini dərk edib, оnlara düzgün cavab verəsiniz. Əks halda bunun sizə, nəinki xeyiri оlacaq, mən deyərdim ki, ziyanı da dəyə bilər. Ikinci tərəfdən də, bizim işimizi çətinləşdirə bilərsiniz. - Hələ, о sual qalsın, - deyə müstəntiq ayağa qalxıb, оtaqda gəzişməyə başladı. – Mənim bir sualıma da cavab verin. Siz bu cinayətin açılmasını istəyirsinizmi?!
Qafar müəllim başını qaldırmadan cavab verdi:
Yоx!!!
Niyə?!
Bilmirəm!
- Yоx, deyəsən bizim söhbətimiz alınmayacaq, - deyə müstəntiq Balayev, düz Qafar müəllimin gözlərinin içinə baxdı. – Məcburam ki, bəzi faktları dəqiqləşdirək. Mən sizdən yenə də xahiş edirəm, suallarıma bacardığınız qədər düzgün cavab verməyə çalışın! - Qоnşuların bəzilərinin verdiyi ifadələrə görə həyat yоldaşınız, mərhum Оfeliya xanım, qətlə yetirildiyi gündən bir gün qabaq xaricdən, daha dəqiq desək, Dübay şəhərindən gəlib. Deyin görək, bu dоğrudurmu?!
Qafar müəllim diksinən kimi оldu. О qоrxdu ki, indi müstəntiq hər şeyi оlduğu kimi açıb danışacaqdır. Nədənsə, оnun sifəti birdən-birə dəyişdi. Bədənini sоyuq tər basdı. Dili dоlaşa-dоlaşa dedi:
- Hə, о, Dübaya getmişdi. Üç gün оlardı ki, оrada idi. Elə dediyiniz həmin günü qayıtmışdı.
- Оnda xahiş edirəm, bu barədə bir az ətraflı danışın. Danışın görək о, Dübaya nə üçün və nə vaxt getmişdi? – deyə müstəntiq işinin yavaş-yavaş öz yоluna düşdüyünü hiss edərək stulunu bir az Qafar müəllimə tərəf çəkdi.
Qafar müəllim bir qədər fikrə getdi. Elə bil, оlub-keçmişləri xatırlamaq üçün fürsət axtarırdı. Nədənsə, hər şey оnun beynində qarma-qarışıq idi. Оlub keçənləri yada salmaq, оnları xatırlamaq nə qədər əzablı gəlirdi оna. О, tutulub həbs оlunmasına, lap elə cinayətkar kimi güllələnməsinə belə razıydı. Əgər belə оlsaydı, оna çоx asan başa gələrdi bu iş. Amma, indi həqiqəti danışmaq, оlanları bir-bir açıb söyləmək ölümdən betər gəlirdi оna. Indi nə eləsin, qalmışdı iki daşın arasında.
Müstəntiqin baxışlarını üzərində hiss etdiyindən, Qafar müəllim, оna verilən sualı xatırladı və yaddaşının künc-bucağına ilişib qalmış, xatırlanmasını heç vaxt arzulamadığı fikirlərini danışmağa başladı:
- О, birinci dəfə idi xaricdə оlurdu. Оna qədər heç vaxt Bakıdan kənara çıxmamışdı. Yaman bоrca düşmüşdük. Ev-eşiyimizi əlimizdən almaq istəyirdilər…
ÖMÜRDƏN BAHA
(povest)
… Onunla dörd il bundan qabaq şəhərin qərb istiqamətində yerləşən «Tsehiun Faut» nəşriyyatının üçüncü mərtəbəsindəki kiçik bir otaqda tanış olmuşduq. Ilk baxışdan yaşlı və əsəbi görünən Aleksandrintın onda, otuz doqquz yaşının tamam olmasına bircə ay, özünü zəhərləyib öldürməsinə isə, beş ildən bir qədər artıq vaxt qalırdı…
Danışacağım hekayət oxucuya, bəlkə də bəsit və mənasız bir sevgi elegiyası kimi görünsün. Buna görə onları qınamıram. Çünki bu sevginin ağrı-acısını, şirinliyini mən yaşamışam. Mənə bəxş olunan bu sevgiyə görə Tanrıma minnətdaram. Yalnız, onun dərgahına əl açmışdım, onun qarşısında diz çöküb yalvarmışdım, bu sevgim üçün... Tanrım ülvi bir sevgi bəxş etdi mənə… Ancaq hər ikimizin ömrü bahasına… Bu sevgi ömürdən baha oldu bizə…
… Nədənsə, çox ümidliyəm ki, oxucularım hekayəti dinləyəndən sonra, bu möhtəşəm sevgi qarşısıda sükuta dalıb, bizi yad etsinlər, bizi ansınlar…
…Əfsuslar olsun, əsərin kimlərə necə təsir bağışlayacağından xəbərim olmayacaqdır. Ona görə ki, canımdan əziz olan Aleksandrintımin ölümündən sonra, bir həftəyə yazdığım bu hekayəti işlədiyim «Fauna» qəzetinə göndərəndən sonra mən də özümə qəst edəcəkdim…
***
… Onunla bir təsadüf nəticəsində görüşdük. Əslində, o vaxta qədər Aleksandrintin adını eşitmişdim, yazıçı olduğunu da bilirdim. Amma nədənsə, kitablarını oxumamışdım. Heç bircə dəfə də üzünü görməmişdim. Onda hər şey bir təsadüf nəticəsində baş verdi. Mən yenicə tamamladığım «Girov ömür» şerlər toplusunu «Tsehiun Faut» nəşriyyatına təqdim etmək üçün gəlmişdim. Aleksandrint isə çapdan çıxmış «Ilan südü» romanının siqnal nüsxəsiylə tanış olmaq üçün nəşriyyatdaydi. Mən otağa girəndə, o, bərk məşğul idi. Salam verdim. Başını qaldırmadan dodaqucu mızıldandı. Qarşısındakı qalın cilidli kitabın arxa tərəfindəki şəkli görəndə, o dəqiqə anladım ki, bu qaraqabaq adam yazıçıdır və əlindəki kitab da onunkudur. Özümdən aslı olmayaraq, onunla tanış olmaq keçdi ürəyimdən. Bu istək elə sürətlə beynimdə cövlan etdi ki, düşünüb-daşınmadan oturduğu stola yaxınlaşdım və əlimi ona uzadaraq:
- Gəlin, tanış olaq! - dedim. - Mən Annayam. Anna Skol!
O həmin anda gözlərini qarşısındakı kitabdan çəkib üzümə baxdı və boğuq səslə:
- Aleksandrint!
Mən, bir azca süni çıxsa da:
- O-y-y!.. Məşhur yazıçı! - Guya, onu yaxından tanıyırmış kimi dilləndim. Mənim heyrətlənməyim onun marağına səbəb oldu:
- Siz məni oxumusunuzmu?! - soruşdu.
O dəqiqə anladım ki, onu aldatmaqda səhv etmişəm. Ilk tanışlıq üçün bu yaxşı əlamət deyil, - düşündüm. Odur ki, səhvimi düzəltməyə çalışdım:
- Əfsuslar olsun ki, sizi oxumamışam, - dedim.
O, bir söz deməsə də, dodağının altında nə isə mızıldandı. Mən qızardım. Anladım ki, Aleksandrint zahirən kobud adam təsiri bağışlasa da, həssas ürəyi vardır. Bunu gözlərinin dərinliyində gizlənən kədər hissindən sezdim. Axı mən adam tanıyan idim.
- Ilk kitabınızdır?! - soruşdum.
O, başını bulayıb, gülümsəyərək dedi:
- Iyirmi beş ildir ki, yazıram. Bu, səkkizinci kitabımdır!
Heyrətimdən içimi çəkdim:
- Səkkizinci kitabınız?! - Oyy!.. - Bağışlayın, siz allah. Bəs, indiyə kimi mən sizi niyə oxumamışam?! - deyə, ikinci dəfə pərt olduğum üçün, öz-özümə danışırmış kimi dilləndim
- Indi heç kəs heç kəsi oxumur, xanım. Yazıçılar öləndən sonra təbliğ olunurlar. Onda da kimin taleyi gətirsə. Bir də ki, gərək yaxşı yazasan ki, oxuyan da olsun, - deyə o, gülümsədi.
Hiss etdim ki, bu sözləriylə mənə sataşır.
- Əlbəttə, elədir! - dedim. - Pis, yaxşı yazıram da. Həm də, «Fauna» qəzetinin redaktoruyam, oxumamış olmazsınız? - deyə, zorla da olsa işlədiyim qəzeti ona tanıtmağa çalışdım.
- Mən qəzet oxumuram. Onların hamısı cəfəng və boş şeylərdən yazırlar. -Yəqin ki, sizin də qəzetiniz bu tip qəzetlərdəndir, elə deyilmi?! - soruşdu.
Onun tikanlı sözlərindən incisəm də, birbaşa deyilmiş fikrin müəyyən qədər həqiqət olduğuyla razılaşmalıydım. Əslində o, doğru deyirdi, indiki qəzetlərin əksəriyyəti «qaşınmayan yerdən qan çıxaran» yazılar verirdilər. Ucuz sensasiya xatirinə aləmi bir-birinə vuran qəzetlərlə indi az adam maraqlanırdı.
O, gözlərini oxuduğu kitabdan çəkərək:
- Bağışlayın, siz nə edirsiniz?! - soruşdu.
Onun bu qədər yaddaşsız olduğuna ürəyimdə gülərək:
- Bayaq dedim axı, şer yazıram, həm də qəzet redaktoruyam.
O, başını tutaraq ufuldadı:
- Siz allah, bağışlayın, son vaxtlar yaman yaddaşsız olmuşam. Demək, dərd çəkənsiniz. Şairlər dərd-qəmə ömürlük abünə yazılırlar axı!- deyə, mənimlə zarafat etdi.
- Gözəl sözlərdür! - ürəyimdən keçirtdim. Maraqlı bir adamla tanış olduğuma görə sevinirdim. Bu adam ilk baxışdan məndə özünə qarşı xoş təssürat oyatmağa başlamışdı.
- Dediniz ki, məni tanımırsınız. - Ola bilməz! - deyə o, qaşlarını çatdı. Yəni, siz «Göydən enmiş mələk» filminə də baxmamısınız. O, mənim eynadlı romanım əsasında çəkilmişdir, - dedi.
Doğrusu, utandığımdan əllərimlə üzümü qapadım. Ən çox sevdiyim film idi, «Göydən enmiş mələk» filmi. - Bir işə bax, - düşündüm, - neçə dəfələrlə o filmə baxasan, amma bircə dəfə də olsun əsərin kim tərəfindən yazılmasıyla maraqlanmayasan. Bu lap dəhşətdir!.. - fikirləşdim. O isə, heç nə olmayıbmış kimi öz-özünə gülümsəyirdi. Özümü təmizə çıxarmaq üçün, onu söhbətə çəkmək, həm də şeirə münasibətini öyrənmək istədim:
- Siz şeir yazmısınızmı?! – soruşdum.
Mənalı-mənalı üzümə baxıb, başını buladı:
- Y-o-x!.. Şeirdən xoşum gəlmir. Şairlər bir az gopçu, həm də hoqqabaz olurlar! - dedi. Az sonra nə fikirləşdisə, yəqin ki, mənim qəlbimə dəydiyini zənn etdiyindən:
- Əlbəttə... hamısı yox. Amma əksəriyyəti hayçı-küyçü olurlar, - dedi.
Onun sözlərindən incimədim. Əksinə, bu sözlər mənə olduqca ləzzət elədi.
- Kitablarınızdan mənə hədiyyə edərsinizmi?! - soruşdum.
- Kitablarımın satışıyla müqavilə bağladığım nəşriyyatın özü məşğul olur. Özümdə çox az kitab saxlayıram. Amma sizinçün təşkil edə bilərəm.
- Çox xahiş edirəm, əgər mümkünsə, - dedim.
- Narahat olmayın, başqa kitablarımı da əldə edə bilməsəm, yəqin ki, son kitabımı, «Ilan südü» romanımı mütləq sizə çatdıracağam. – deyə söz verdi.
Sevindiyimdən dərhal soruşdum:
- Nə vaxt?!
- Kitabım noyabr ayının iyirmi beşində çapdan çıxır. Anadan olduğum gündür həmən gün. Nəşriyyat rəhbərliyi ad günümə hədiyyə olsun deyə belə edir.
- Nə gözəl. Əgər sirr deyilsə, neçə yaşınız tamam olur? - deyə, köhnə dostlar kimi ona ərkyanalıq etdim.
- Xanımlar yaşlarını gizlin saxlayırlar. Biz kişilərinsə bu sarıdan problemimiz yoxdur, - dedi. - Otuz doqquz yaşım tamam olacaq həmən gün. Ömür bifəfalıq etməsə, əgər.
- Ah!.. - Içimi çəkdim. - Siz ki, lap cavan oğlanmışsınız ki... Onunla belə açıq və səmimi danışdığıma görə utandım. Fikrləşdim ki, sözlərimlə onun qəlbinə dəyə bilərəm. O isə heç bir şey olmayıbmış kimi:
- Hə.., əslində düz tapmısınız, Anna. Mən cavan olsam da, zahirən çox qoca görünürəm. Bilmirəm, bəlkə də belə yaxşıdır, diqqəti o qədər də cəlb eləmirəm, - deyə gülümsədi.
- Demək, məndən on iki yaş böyük idi Aleksandrint. Heç özüm də bilmirəm ki, niyə bu yaş fərqini ortaya gətirdim…
- Mən kitablarınızı necə əldə edə bilərəm?! - deyə maraqlandım.
O mənim sualıma sualla cavab verdi:
- Sizi necə tapmaq olar?!
- «Foest» nəşriyyatının onbirinci mərtəbəsindəki 532- ci otaqda oluram. Qəzetimiz həftəlik qəzetdir. Maraqlansanız, mənə elə gəlir ki, bayaq mətbuat haqqında dediyiniz fikrin bizim qəzetə o qədər də aidiyyatı olmadığına şübhəniz qalmayacaqdır.
- Mən də belə istərdim! - deyə o, gülümsədi.
Ayrılanda Aleksandrint əlimi sıxaraq:
- Görüşümüzdən xeyli məmnun qaldım, - deyərək, - gözlərimin içinə baxdı.
Bu ani baxışdan özümü itirən kimi oldum. Mən indiyə kimi belə mənalı və ağıllı gözlər görməmişdim. …Bu ağıllı və mənalı gözlər ömürümün sonuna kimi, hə, - lap ömürümün son anına kimi gözlərmin içindəcə ilişib qalacaqdı…
… Bir də onunla noyabr ayının 25 də, iş otağımda görüşəndə, bu insanın tanrı tərəfindən mənim taleyimə göndərildiyini ağlıma belə gətirməsəm də, ancaq həyatımda bundan sonra nələrin baş verəcəyini, elə bil ki, hiss etməyə başlamışdım... Otağımın qapısını ahəstəcə döyüb içəri girəndə, gözlərimə inanmadım. Bu, o idi, - Aleksandrint. Qoltuğunda da, yenicə çapdan çıxmış «Ilan südü» romanı.
O, qapının ağzındaja donub qalmışdı. Mənim çaşqınlığım ona da təsir etmişdi. Aleksandrint soyuq qarşılandığını zənn edərək, bir qədər özünü itirən kimi oldu. Mən yerimdən qalxıb ona tərəf getdim. Əl verib köhnə dostlar kimi görüşəndə, sifətindəki həyəcanın yavaş-yavaş əriyib, yox olduğunu hiss etdim. Doğru deyiblər: -Yazı-pozu adamı havadan da nəm çəkirmiş.
- Mən gəldim! - dedi. - Sizə söz vermişdim ki, gələcəyəm. Kitabım az öncə çapdan çıxıb, ilk oxucum olaraq sizə hədiyyə edirəm.
Onun bu sözləri özü qədər ciddi təsir bağışladı mənə. Ömrüm boyu çoxlarıyla rastlaşmışdım. Onların içərisində hansı xarakterdə desən adamlar vardı. Ən sevdiyim və arzuladığım insan isə sözündə dəqiq olanlardı. Belələrinə isə, çox az hallarda rast gəlmək olurdu.
Ondan oturmağı xahiş etdim. O, stul çəkib oturdu və əlindəki kitabı stolun üstünə qoyub vərəqlədi:
- Istəyirəm, bu kitabımı sizə imzamla bağışlayım, necə məsləhətdir?! - deyə, yəqin ki, onun bü sözlərinə sevinəcəyimi qabaqcadan bilirmiş kimi gülümsədi.
- Əlbəttə!.. Əllbəttə!.. Bu çox gözəl olardı. - deyə sevincimi gizlədə bilmədim.
O, mənə hədiyyə etdiyi kitaba bu sözləri yazdı: - «Şeirlərini də özü kimi gözəl və təravətli görmək istədiyim, hörmətli Anna Skola. Müəllifdən…». - Dəbdəbəli sözlər yazmaqdan zəhləm gedir, - deyə əlavə etdi.
Kitabı mənə verəndə əlimi sıxdı və əlim bir müddət onun ovcunda ilişib qaldı. Əli sehirkar əllinə bənzəyirdi, elə bil. Sanki əlindən əlmə keçərək, bütün bədənim boyu yayılan elektromaqnit dalğaları, bir ovuc qarışqa kimi təpədən dırnağacan məni qıdıqlayırdı. Canımda, xəfif bahar mehinin, kövrək çiçəklərin ləçəklərini titrədən anımı qədər bir titrəyiş vardı. Ürəyim həyəcandan, qəfil tutulmuş quşun ürəyi kimi çırpınırdı. Əgər beləcə davam eləsəydi, yəqin ki, mən bu vəziyyətə tablaşmayıb yerə yıxılacaqdım. Nə yaxşı ki, arada yaranmış sükutu onun boğuq, bir az da təmkinli səsi pozdu:
- Anna, mən getməliyəm, dostlarım gözləyirlər. Hardasa yığışmalıyıq. Bu gün mənim ad günümdür axı. Sizə söz verdiyimə görə qaçaraq gəlmişəm, - dedi.
Mən başımı əllərimin arasına alıb ufuldadım:
- Ay aman! Necə də unutmuşam. Doğurdan da, bu gün sizin ad gününüz olmalıdır, axı. - Siz allah, bağışlayın məni. Gör ha.., necə də yaddaşım korlanıbdır.
O mənə təskinlik verməyə çalışdı:
- Narahat olmayın, bu elə də mühim bir iş deyil. Sadəcə olaraq, ad günü bir bəhanədir kimlərinsə yeyib-içməyi üçün. Əslində, ad günü insanın ölümünü özünə xatırladan həyəcan təbilinə bənzəyir. - Işə bir bax; - səni ölümə yaxınlaşdıran bir məqama sevinirsən, onun şərəfinə badə qaldırırsan. Qəribə məntiqdir, - deyilmi?!
Ona hədiyyə bağışlaya bilmədiyim üçün bərk peşimançılıq hissi keçirtdim. O isə, mənim fikrimi anlamışdı:
- Narahat olmayın, sizin mənə ən böyük hədiyyəniz elə tanış olmağımızdır. Bundan böyük hədiyyə nə ola bilər?!- dedi.
Ona inanmağım gəlirdi. Bu doğurdan da, bir möcüzə idi. O, mənim fikirlərimi ürəyimdəcə oxumağı bacarırdı.
Aleksandrint xudahafizləşib qapıya tərəf yönələndə onu arxadan səslədim:
- Bağışlayın, işdir sizi axtarmalı olsaq, necə tapaq?! – soruşdum.
O yenə də hazırcavablığıyla məni heyrətləndirdi:
- Məsələ, «işdir»ə qalsa, çətin ki, bir-birimizi tapaq. Amma bunu ürəkdən istəsək, yəqin, ki bir şey fikirləşə bilərik. - Kitabın arxasında mənim telefonlarımın nömrələri yazılıbdır. Istəsəniz zəng vura bilərsiniz.
O bunu deyib otağı tərk etdi. Bir müddət ayaq üstə donub qaldım. Əlimdəki kitabı sağa-sola bir xeyli vərəqləyib, çevirdim. Gözlərim kitabda olsa da, fikrim Aleksandrintin yanındayıdı. Onun şirin danışığı bir an da olsun qulaqlarımdan getmirdi. Qəlbimdən qəribə hisslər keçirdi. Mənə elə gəlirdi, onu neçə illərdi ki, tanıyıram. Elə bil o, neçə illər bundan qabaq hardasa görüb, qəlbimə, canıma hakim kəsilmiş və birdən-birə də yoxa çıxan bir əziz adamımı xatırladırdı mənə. Otağımın qapısını bağlayıb, Aleksandrintin mənə hədiyyə etdiyi «Ilan südü» romanını oxumağa başladım. Kitabı oxumaqda məqsədim, onu görmək, onun səsini eşitməkdi. Axı, bütün yazarlar özlərini yazırlar, - deyirlər. Ürəyimə danmışdı ki, bu əsərində onun özünü tapmalıyam, özüylə yaxından tanış olmalıyam. Bu istəklə də kitabı acgözlülüklə oxumağa başladım.
Özüm şeir yazsam da, nəsr əsərlərinin vurğunuydum. Hələ orta məktəb illərində cild-cild kitablar oxuyardım. Elə vaxtlarım olurdu ki, səhərə qədər bir romanı oxuyub qurtarardım. Evdə mənə: - «Axırda sən dəli olacaqsan!..» - deyərdilər. Mən isə onların sözlərinə məhəl qoymayaraq oxuduqca oxuyardum. Orta məktəbi qurtarandan sonra məşhur «Sinelas» universitetinin jurnalistika fakultəsinə daxil oldum. Universiteti qurtarandan sonra Ferdatla nişanlandıq, - ərimi deyirəm. O, tamam başqa sahənin adamıydı. Biologiya üzrə elmi dərəcəsi vardı, kollecdə müəllim işləyirdi. Həyatda nifrət etdiyi bircə şey vardısa, o da mənim yazdığım şeirlər idi. Hələ nişanlı vaxtlarımızda ona yazdığım məhəbbət şeirlərimi oxuyanda, o, ağız-burnunu əyərək: - «Anyuşka, sən allah, bəsdir çərənlədin, - deyərdi. - Yaxşısı budur gəl öpüşək. Bir öpüş sənin min şeirinə dəyər» - deyərək, məni cırnatmağa çalışardı. O vaxtlar mətbuatda təzə-təzə göründüyümə görə, onun sözləri qəlbimə dəyməzdi. Amma hiss edirdim ki, gələcək həyat yoldaşım nə qədər duyğusuz və bədbin adamdır… Bunlara baxmayaraq onu sevirdim. Özüm də bilmrdim ki, bu kolaz adamın nəyinə vurulmuşam.
Cəmiyyətdə Ferdata rəğbət bəsləyənlər çox idi. Onu bir alim kimi kollektivdə də sevirdilər. Çoxlu tələbələri vardı. Səhərdən axşama kimi kitabxanalarda eşələnərdi. Bir qara rəngli əl çantası da vardı. Pişik balasını dişində ora-bura daşıdığı kimi, Ferdat da çantasını əlindən yerə qoymaz, hara getdi özüylə aparardı. Ailə həyatı qurduqdan sonra əzablarım artmağa başladı. Hiss edirdim ki, onunla ailə həyatı qurmaqda səhv etmişəm. Dəhşətlisi o idi ki, mən şeir yazdıqca, Ferdatdan soyuyurdum. Sevgim, istəyim büsbütün şeiriyyata keçmişdi. Qəribəydi, hər gün məhəbbət şeirləri yazardım. Əslinə qalsa, ərim Ferdatdan başqa, həyatda nə məni sevən, nə də mən sevdiyim ikinci kişi yox idi. Amma… mənə elə gəlirdi ki, hardasa uzaqlarda, lap uzaqlarda kimsə var... Və… mən o kimsəni sevirdim, onun həsrətiylə yanırdım. Onun xəyallarıyla səhərimi açıb, onun xəyallarıyla uzun və yorucu gecələrimi yola salırdım. Onunla yaşayırdım… O kim idi?.. O hardaydı?.. Özüm də bilmirdim.
Bir gecə yuxudan dik atıldım. Gördüm qan-tərin içindəyəm. O qədər həyəcanlanmışdım ki, az qalırdı nəfəsim kəsilsin. Qəribə yuxu görürdüm. Görürdüm ki, bir nəfər hündürboylu, çalsaç kişi məni səsləyir. Onun səsini elə aydınca eşidirdim ki… Həmin adam düz yolun ortasında durub mənə əl eyləyir, məni səsləyirdi. Yol isə uzanıdıqca uzanıb gedirdi… Mən ağ paltardaydım, lap gəlinlərdə olduğu kimi... Qollarımı açıb ona tərəf qaçırdım. O da məni ağuşuna almaq üçün qollarını elə geniş açmışdı ki… Biz bir-birimizə tərəf qaçırdıq… Amma qovuşa bilmirdik. Aramızdakı bir azca yol qərinələr qədər mənə uzaq görünürdü. Biz isə dayanmadan elə hey qaçırdıq…
Bu yuxunu mən bir neçə dəfə də gördüm, eynən beləcə, - o mənə tərəf, mən isə ona tərəf qaçıram. Amma qovuşa bilmirik. Oturub bu şeir parçasını yazdım:
Baxıram yollara gəlirsən deyə,
Əllərim çatmayır de, sənə niyə?!
Hicranın qolları sına, əriyə -
Yollardan mərhəmət uman olmuşam.
… Qızımız Lara dünyaya gələndən sonra başım bir qədər ona qarışdı. Amma fürsət düşən kimi kağız-qələm götürüb yazırdım. Şeirlərimin əksəriyyətini qızıma həsr eləmişdim. Arada yenə də məhəbbət şeirləri yazardım. Beləcə, hər şeyə dözərək yaşayırdım… Jurnalistliklə şairlik tamam başqa sahələrdi. Bir günün içində bir neçə məqalə hazırlayıb qəzetlərdə dərc etdirə bilirdim. Amma şeirdə bunu bacarmırdım. Hiss və duyğularımı kağıza köçürməyənəcən özümdə rahatlıq tapa bilmirdim. Bəzən günlərlə axtardığım bir misranın sehrindən qopmaq mənə necə də ağır gəlirdi. Yazdığım qəmli şeirləri gecələr mətbəxdə oxuya-oxuya ağlayardım. Hiss edirdim ki, yaşa dolduqca yamanca kövrəkləşirəm. Bəlkə də, başa düşülmədiyimə görə mənə belə gəlirdi. Bilmirəm. Ancaq qəlbimin lap dərinliklərindən məni haraylayan, məni yaşamağa səsləyən, mənə təsəlli verən bir səsi eşidirdim. Bu nə səs idi, özüm də bilmirdim…
… Aleksandrintin romanı çox təsirliydi. Bir an da olsun gözlərimi kitabdan ayıra bilmrdim. Zənnim məni aldatmamışdı, kitabı oxuduqca, elə bil onun özüylə söhbət edirdim. Kəskin sucet xətti, müəllifin şirin dili məni heyran etmişdi. Son illər belə maraqlı kitab oxuduğumu xatırlamırdım. Iki günə kitabı oxuyub qurtardım. Bəzi səhifələrini təkrar-təkrar oxudum. Sehirləmişdi məni Aleksandrintin bu kitabı. Hər saatdan da bir kitabı çevirib onun arxasındakı şəkilə baxırdım. Şəkildən mənə zillənmiş gözlərə uzun-uzadı baxmağa cəsarət eləmirdim. O gözlər, sanki məni tilisimləmişdi. Bir dəfə necə oldusa, təsirləndiyimdən Aleksandrintin şəklini öpdüm. Dodaqlarımı şəkildən ayıranda birinci mənə zillənən onun gözləri oldu. Utanıb, başımı aşağı saldım. - Bu nədir, ilahi?- düşündüm. - Mən bu adama necə də bağlanmışam. Indiyə kimi mənim çoxlu jurnalist, şair həmkarlarım olub, onlarla şənliklərdə, ad günlərində dəfələrlə bir yerdə olmuşduq. Elə vaxt olub ki, məclislərdə saatlarla bir-birimizə şeirlər oxumuşuq. Heç vədə kişi həmkarlarımın biri də diqqətimi cəlb etməmişdi. Ümumiyyətlə, bu hissdən çox-çox uzaq olmuşam. Düzdür, gözəlliyimlə kimlərinsə diqqətini cəlb etdiyimi özüm də hiss etmişəm, amma həmin adama o dərəcədə üz verməmişəm ki, o, pişik kimi marıtlayıb gözləini mənə diksin. Mənə bərli-bəzəkli sözlər deyənlər də olubdur. Bunların heç birini ciddi qəbul etmədiyimə görə, onların özləri də, dedikləri sözləri də sabun köpüyü kimi ani olubdur. Indi isə tamam başqa bir sehr içindəydim. Artıq özümü ələ almaqda çətinlik çəkirdim. Bəzən mənə elə gəlirdi ki, bu ötəri hissdir, tezliklə məni tərk edəcəkdir. Amma saatbasaat, günbəgün özümdə gedən dəyişiklikləri hiss etdikcə anlayırdım ki, vurulmuşam…
Kitabı oxuyub qurtarandan sonra əlimə vürsət düşdü ki, Aleksandrintə zəng vurub, ona öz təşəkkürümü bildirim. Hətta, məni tutan bəzi qeydlərimi də etmişdim ki, onunla söhbət zamanı bu qeydləri ona çatdırım. Nədənsə, belə tezliklə zəng vurmağa ürək eləmirdim. Gözlədim. Bir neçə gün də gəlib keçdi. Doğrusu, özümlə bacara bilmirdim. Hər dəqiqə, hər saat onun xəyalları məni narahat edirdi. Bir neçə dəfə telefonunun nömrəsini yığsam da, cəsarətim çatmadığından dəstəyi asmışdım. Amma bu dəfə özümdə güc tapıb nömrəni yığdım… Günortaya yaxın idi. Telefon bir neçə dəfə çağırdı. Bu vaxt ərzində ürəyim həyəcandan elə möhkəmcə döyünürdü ki, onun döyüntüsünü apaydınca hiss edirdim. Nəhayət, dəstəyin o başından Aleksandrintin səsini eşitdim. Həmin məlahətli səs idi. Həyəcanım bir azca keçdi. Özümü toplayıb:
- Mənəm… Anna Skol! - deyə, sanki özümü ona təqdim edirmiş kimi dilləndim.
O isə məndən fərqli olaraq çox sakit tərzdə cavab verdi:
- Çox gözəl… Anna xanım, buyurun, sizi dinləyirəm.
Keçirtdiyim həyacanlı anlar qarşısında onun belə sakit və təmkinli danışığı məni çaşdırdı. Bayaq telefonun nömrəsini yığarkən hansı hissə qulağıma pıçıldayıb deyirdi ki, o, sənin səsini eşidən kimi həyəcanlanacaqdır. Indi tamam başqa mənzərənin şahidi olurdum. Və bu hal bir qədər məni darıxdırdı da…
Telefonda susduğumu görüb, dilləndi:
- Anna, mən sizi yaxşı eşidirəm. Xahiş edirəm, buyurasınız! - dedi.
Handan-hana özümü ələ alıb dilləndim:
- Sizin kitabınızı oxuyub qurtarmışam… Çox gözəl yazırsınız… Sizə… minnətdarlıq etmək üçün zəng vurdum... Bu sözləri deyib, az qala telefonu asacaqdım. Onun bərkdən gülüşü məni fikrimdən vaz keçməyə vadar etdi.
- Əziyyət çəkmisiniz, Anna. Diqqətinizə görə sağ olun. Bir də ki, siz məni lap çaşdırdınız, axı, - dedi. - Bu tezliklə o boyda kitabı oxuyub qurtarmaqmı olar? Sizə əziyyət vermişəm ... Lütfən bağışlayın.
Onun bu sözləri ürəyimə, elə bil su çiləyirdi. Necə də gözəl nitqi vardı. Aleksandrintin xoş danışığından ürəklənib:
- Sizdən bir ricam da var, o biri kitablarınızı da oxumaq imkanı yaradın mənə, - dedim.
- Siz nə danışırsınız? - Mən sizə minnətdar olmalıyam ki, bu qədər işin içində vaxt tapıb məni oxumusunuz. Indi dəyərli oxucu tapmaq müşkül məsələdir, əzizim. Mütləq yaxın vaxtlarda kitabları sizə çatdıraram, - dedi.
O vaxtdan hər gün onun yolunu gözləyirdim. Otağımın qapısı döyülən kimi, yerimdən dik atılardım. Mənə elə gəlirdi ki, o, bu dəqiqə qapını açıb içəri girəcəkdir. Eşiyə çıxmağa ürək eləməzdim. Düşünərdim ki, birdən bir yerə gedərəm, gəlib məni görməz və çıxıb gedər. Bilirdim ki, o gələcəkdir. Buna görə də, kitabını təkrar-təkrar oxuyurdum. Oxuduqca da, yenidən Aleksandirinti kəşf edirdim. Onun özü də, kitabı da məni sehirləmişdi. Bağlanmışdım ona.
…Günlərin bir günü, işin qurtarımasına bir saat qalmış otağımın qapısı döyüldü.
Gələn o idi. Gözlərimə inanmadım. Ayağa qalxıb, lap uşaq sadəlövhlüyü ilə qabağına qaçdım. Ürəyimdən keçirdi ki, qucaqlayım onu, dolayım qollarımı boynuna, öpüm üz-gözündən. Ancaq Aleksandirintın ciddi görkəmi və bir az da qaşqabaqlı sifəti bu istəklərimi həyata keçirməyə mənə mane oldu.
- Xoş gəlmisniz? Necəsiniz? - dedim və əlimi ona uzatdım.
Əlimi əlləri arasına alaraq, dodaqlarına yaxınlaşdırdı və centilmensayağı əlimdən öpdü. Bu mənim xoşuma gəldi.
O, bu dəfə çox şux geyinmişdi. Qara parçadan tikilmiş yun kostyumu onu lap bəyə oxşadırdı. Arxaya daranmış çal saçları isə onun körkəminə olduqca ciddilik gətirirdi. Danışarkən, çöhrəsindən uşaq məsumluğu yağırdı. Bu da ona qarşı adamda inam hissi oyadırdı. O mənə ktablarını gətirmişdi, ayrı-ayrı vaxtlarda çap olunmuş dörd kitabını. Kitablardan biri povest və hekayələr, qalan üçü isə roman idi. Dördü də səliqəli xəttlə mənim adıma yazılmışdı. Mən də öz növbəmdə «Girov ömür» şerlər kitabımı ona hədiyyə etdim.
Aleksandirint çox sevindi. Kitabı alıb dodaqlarına yaxınlaşdırdı və: - «Kitab yazıçının pasportudur!» - deyib, əl boyda kitabımı öpdü. Ondan xahiş etdim ki, tanınmış yazıçı kimi, kitabımı oxuyandan sonra öz fikrlərini söyləsin. Bu, mənimçün daha çox lazımdır. xahiş etdim ki, şerlərimə tənqidi yanaşsın.
O isə gülərək:
- Allaha rəvadırmı, sənin kimi gözəl bir xınımı kimsə tənqid etsin, - dedi.
Mən də söz altında qalmadım:
- Siz məni deyil, əsərlərimi tənqid edəcəksiniz. - dedim.
Söz verdi, ki, yaxın vaxtlarda imkan tapıb kitabımı oxuyar və hansısa qəzetlərin birində bu barədə geniş şərh verər.
Bir saatdan artıq çəkən söhbətimizdə daha çox onu dinləməyə çalışırdım. Onun sözlərini sanki su kimi içirdim. Bir şey mənə maraqlıydı, görəsən, Aleksndirint ürəyimdən keçənləri hiss edirdimi?
Onun hissiyyatına bələd idim, bilirdim ki, o da məni başa düşür. Bəs onda, niyə öz hisslərini biruzə vermir?! - fikirləşdim. Söhbət zamanı onun baxışları gözlərimə dikiləndə, özümdə olmurdum. Bütün bədənim titrəyirdi. O da gözlərini gözlərimdən çəkmədən elə hey baxırdı… Gözləri məni diri-diri yeyirdi. Elə bil yüz illərdən bəri həsrətində olduğum bir adamı tapmışdım. O danışırdı. Amma nədən danışırdı başa düşə bilmirdim. Daha doğrusu, onun sözlərini, elə bil eşitmirdim. Fikrim, ala buludların yanındaydı. Onunla bir addımlıqda, üzbəsurat oturmuşduq. Elə diqqətlə baxırdım ki… Onun sir-sifəti gözlərimdə balaca uşağın sifəti kimi görünürdü. Ürəyimdən keçirdi, istəyirdim ki, elə oturduğum yerdəcə qollarımı onun boynuna dolayım… Amma çəkinirdim, utanırdım ondan. Özümdə bilmirdim ki, bu səfeh və axmaq fikirlər hardan gəlib ağlıma düşür.
Hava qaralırdı. Biz ayağa qalxıb otaqdan çıxmağa hazırlaşırdıq. O, mənim lap yaxınlığımda dayanmışdı. Əl çantamı eşələyib, otağın qapısının açarlarını axtarırdım. Elə bu dəqiqə qapını örtüb eşiyə çıxacaqdıq. Sonra da nəşriyyatın həyətinə düşəcək və oradan da ayrılıb hərəmiz bir yana gedəcəkdik. Bu fürsət bir də, allah bilir, nə vaxt ələ düşəcəkdi. Aleksandirint bir də nə vaxt buralara gələcəkdi? Amma bu gün, bu dəqiqə o mənim yanımdaydı. Dəli hisslər beynimdə cövlan etdikcə, bədənim titrəyirdi. Birdən, özüm də hiss etmədən otağın işığını söndürdüm və əl çantamı stolun üstünə atıb, onu bərk-bərk qucaqladım.
- Mən səni sevirəm, Aleksandirint… Sənə vurulmuşam... Mən sənsiz yaşaya bilmərəm!.. - dedim.
O məni köksünə sıxaraq saçlarımı tumarlayırdı. Bu elə gözlənilməz və ani oldu ki, baş verənlərə inana bilmirdim. Inana bilmirdim ki, biz bu qədər bir-birimizə yaxın ola bilərik.
Ağlayırdım… Məni başa düşən, hisslərimi gözlərimdən oxuyan bir insanı rast gəldiyim üçün sevincimdən ağlayırdım. O, nə isə pıçıldayırdı. Qırıq-qırıq, kəsik-kəsik gələn bu sözləri tam başa düşməsəm də, mənə elə gəlirdi ki, o, mənə sevgi nəğməsi oxuyurdu. Ürəyim həyəcandan çırpınırdı. Onun sözlərini eşitmək istəyirdim. Istəyirdim ki, o da, məni sevdiyini dilinə gətirsin, mənə: - «Səni sevirəm, Anna!» - desin. Onda hər şeyə inanardım; - onun sevgisinə də, insanlığına da, lap elə yazıçılığına da. - Ilahi, necə də xoşbəxt idim. Elə bil o, mənim ürəyimdən keçənləri oxumuşdu. Çiyinlərimdən tutub, məni bir qədər özündən araladı və gözlərini gözlərimə dikərək:
- Anna, əzizim, mən sənin hisslərini başa düşürəm. Sənin nələr keçirtdiyindən də haliyəm. Mən səni sevirəm… Sən mənimsən!
Nə yaxşı ki, həmin sözləri eşidəndə ürəyim dayanmadı, mən ölmədim. Aleksandirint boyun-boğazımdan, dodaqlarımdan öpdükcə, şirin royadaymış kimi, onun qolları arasında xumarlanırdım. Birdən o, nə fikirləşdisə məni özündən kənara itələyib, üzünü divara çevirdi və:
- Anna, deyəsən biz uşaqlıq edirik. Axı biz … bizim… ailəmiz… Bağışla məni, - deyə o, başını aşağı saldı.
Hər ikimz bir xeyli beləcə susub qaldıq.
Arada yaranmış sükutu yenə də mən pozdum:
- Aleksandirint, əzizim, ailənin bura nə dəxli var, - dedim. Mən onsuz da ailəm tərəfindən başa düşülmürəm. Ərim məni ruhən başa düşməyib, bundan sonra da düşməyəcəkdir. Səni ona görə sevirəm ki, məni başa düşürsən, qəlbimi oxuyursan. Mən sənə çox bağlanmışam, Aleksandrint. Sən bəxtimə düşən işıq, ömrümə yazılan tale yazım, ruhumu təzələyən sevgi günəşimsən. Sən mənim şirin yuxularım, həzin laylam, yaz nəfəsli bayatımsan.
O susurdu. Onu başa düşürdüm və inana bilməzdim ki, Aleksandirintın ailəsi onu sevməsin, onu başa düşməsin. O, elə bir insan idi ki, onu hər qadın sevə bilərdi.
… Biz küçəyə çıxanda hava qaralmışdı. Mən bir qədər rahat idim. Ona görə ki, qəlbimdə sirr kimi saxladığım istəklərimdən Aleksandirintin xəbəri vardı. Və sevinirdim ki, o, hislərimi başa düşməklə yanaşı, məni duyurdu və getdikcə bu hisslərin əbədi hakiminə çevrilirdi.
***
…Aleksandirint ailəliydi. O bizim Olyana ştatından beş yüz kilometr aralı, ölkənin cənub qərbində yerləşən «Kuras» ştatında yaşayırdı. Ixtisasca neft mühəndisi idi. Bir müddət «Kuras» ştatında yerləşən neftayırma zavodunda operator vəzifəsində çalışmışdı. Həyat yoldaşı Sanda ilə də, elə zavodda işlərkən tanış olmuşdu. Sanda neftayırma zavodundakı tibb məntəqəsində həkim kimi çalışırmış. Evləndikdən iki il sonra onların Culya adlı bir qızları, bir müddət keçəndən sonra isə, Juzef adlı oğlanları dünyaya gəlir. Aleksandirint arvadını və uşaqlarını çox sevirdi. O, bu barədə mənə dəfələrlə danışmışdı. Əvvəllər onu hamıya, hətta həyat yoldaşı Sandaya da qısqanırdım. O, arvadının necə sadə bir qadın olduğundan mənə söhbət açmışdı. - «Sanda işgüzar və mehribandır, Anna. - Mən ondan razıyam, o məni başa düşür» - deyərdi. Belə vaxtlarda söhbətin axarını dəyişib, başqa səmtə yönəltmək istəyəndə, o, məni qucaqlayıb, bağrına basar və: - «Annacan, həyat yoldaşım Sanda mənim uşaqlarımın anasıdırsa, sən də ruhumun aynasısan. Səni də, onu da çox sevirəm» - deyərdi. O, bu sözləriylə ruhumu oxşar və ürəyimin dərinliklərində baş qaldıran qısqanclıq hissini boğmağa çalışardı.
… Aleksandrintlə görüşümüz çox gec-gec olardı. Bəzən bu görüş iki-üç ay, bəzən də dörd-beş ay uzanardı. Bircə ümidimiz telefon danışıqlarına qalardı. Demək olar ki, hər gün zəngləşərdik. O çox işləyirdi. Nə vaxt onu axtarıb-arasaydım, yazı masasının arxasında tapardım. Gün ərzində on iki, on dörd saat yazırdı. Çox enerciliydi, yorulmaq nə olduğunu bilməzdi. Bir-birimizə telefon vasitəsiylə ismarıclar göndərərdik. Ona yazardım: - «Sən mənim xəyallarımın gerçəyi, sevgimin hakimisən». «Sən mənim açılan sabahım, görən gözüm, duyan ürəyimsən».
O isə bir dəfə belə bir ismarıc göndərmişdi mənə: - «Sən dəniz, mən isə yelkənli bir qayıq. Mən sahil, sən isə aşıb-coşan ləpələr. Mən zülmət bir gecəyəm, sən isə onu nura boyayan ay-ulduz. Mən yorğun yolçuyam sən təhna ağac. Mən sısqa bulağam, sən məni qoynuna alıb gedən dəli bir dağ çayı».
Sehirliydi onun sözləri. Hər kəlməsi, hər sözü ağlımı başımdan alırdı, ovsunlayardı məni. Uşaq laylaya öyrəşən kimi, öyrəşmişdim onun şirin sözlərinə. Su kimi, hava kimi içirdim onun sözlərini. Onun sözləri ciyərlərimə dolan bahar nəfəsi kimi tər-təmiz idi.
Aleksandirintın bizim Olyana ştatında çoxlu yazıçı dostları yaşayırdı. O, bu tərəflərə gələndə dostlarına baş çəkər, onlarla oturub yeyib-içməyi xoşlayardı. Bu dəfəki gəlişi, dediyinə görə, ancaq mənə görə idi, məni görməyə gəlmişdi. Hiss edirdim ki, o da artıq mənimçün darıxır. Çünki gəlişindən bir gün qabaq mənə zəng vurmuşdu: - «Mənsizliyə dözə bilmədiyin kimi, mən də sənsiz yaşaya bilmirəm, Anna. Bəlkə tez görüşək?» - deyirdi. Inanmaq istəyirdim onun sözlərinə. Inana bilmirdim. Inana bilmirdim ki, mən onu sevdiyim kimi, o da məni beləcə sevə bilər.
… Günorta ərəfəsiydi o gələndə. Gəlişini bildiyimə görə, otağımda onun üçün xudmani bir stol hazırlamışdım. Istəyirdim ki, heç kəs bizə mane olmasın və biz sakitliyə çəkilib doyunca söhbət edə bilək. Bu sakitliyi elə arzulayırdım ki…
Otaga girəndə uşaq kimi qabağına yüyürdüm. Qollarımı boynuna dolayıb, bərk-bərk ona sığındım. Aleksandirint də məni möhkəmcə qucaqlamışdı. Onun qolları arasında özümü dünyanın ən bəxtəvər qadını hesab edirdim. O mənim arzularımın idealı, xəyallarımın gerçəyi idi. Aleksandirint qulağıma nə isə pıçıldayırdı. Gözlərimi döyə-döyə nəfəs çəkmədən, onun pıçıltıyla dediyi sözləri eşitmək istəyirdim. Istəyirdim ki, o, mənə heç vaxt, heç kəsdən eşitmədiyim aşiqanə sözlər desin. O isə pıçıldayırdı. Mənə elə gəlirdi ki, lirik bir mahnını qulağıma züm-zümə edir.
Aleksandirintin isti nəfəsi boyun-boğazıma yayıldıqca, canıma elə bir rahatlıq hopurdu ki… Şirin, kişi öpüşünün ləzzəti altında xumarlandıqca, məni başdan ayağa yandıran bir eşq odunun hənrini hiss edirdim canımda. Qəribəydi. Elə bu an, elə bu dəqiqə Aleksandrintin qolları arasında gözlərimi əbədi yummaq istəyirdim. Istəyirdim ki, ölüm onun qucağında. Bu mənim bəxtimə düşən işıq, taleyimə yazılan ən xoşbəxt gün olacaqdı, bəlkə də…
Günorta vaxtı olduğuna görə, Aleksandirintlə azacıq nahar etdik və bufetdən aldığım məşhur «Borles» şərabının dadına baxdıq. Bir stəkan şərabdan sonra mənim yanaqlarım allandı. Aleksandirintin isə, elə bil dili açılmışdı. Gah əsərlərindən parçalar söyləyir, gah da məhəbbət şeirləri oxuyurdu. Arada da, səsini içinə çəkib gözlərini gözlərimə dikir və başını bulayaraq: - «Sən necə də gözəlsən, Anna» - deyərək, mənim qadın vicudumu hayqırdırdı. Onun bu ecazkar sözlərindən sonra, elə bil məni yuxu aparırdı. Oturduğum yerdəcə başımı onun köksünə dayayıb, gözlərimi yummuşdum. Ömrümdə bugünkü kimi belə rahatlandığım və ruhumun sakitləşdiyi an olmamışdı. Özümü cənnətdə olduğu kimi hiss edirdim.
Aleksandrintin həyəcandanmı, ya sevginin təsirindənmi qalxıb-enən sinəsi, elə bil mənə laylay çalırdı… bir eşq laylası. O özü isə, elə hey danışırdı, lap təzə dil açan körpə uşaqlar kimi... Tanış olduğumuz gündən, mənə vurğunluğundan, yuxusuz gecələrindən danışırdı. Dəhşətə gəlirdim. Sən demə, mənim keçirtdiyim bütün hiss-həyəcanın hamısını Aleksandirnt də keçirirmiş. - Ilahi, bu ki bir möcüzədir, - düşünürdüm. Bəzən insana elə gəlir ki, onun çəkdiklərini heç kəs anlamır, heç kəs duymur. Ağrılarından, əzablarından heç kəsin xəbəri yoxdur, təkcə özündən savayı. Amma o, mənə qəlbindəkiləri danışanda, elə bildim ki, danışan o yox, mən özüməm. Elə bil mən başıma gələnləri danışırdım ona. Necə də oxşar talelərimiz vardı, ilahi! Əllərini əlimə alıb dodaqlarıma yaxınlaşdırdım: - Bu vaxtacan hardaydın, Aleksandirint, əzizim? – dedim. - Niyə bu qədər gec gəldin taleyimə, ömrümə:
Anlasın, qəlbimdən bixəbər olan,
Bu sevgi mənimçün lap əzəl imiş.
Qınayan olsa da, deyəcəyəm ki...
Gecikib, sevilmək nə gözəl imiş.
Aleksandirint əyilib dodaqlarımdan öpdü və pıçıltıyla: - «Mən səni və sevgini yaşadacağam, Anna!» - dedi. Onun bu sözləri qəlbimin tellərini sızlatdı, özümü saxlaya bilməyib ağladım və ağlaya-ağlaya da ona yalvarırdım:
- Aleksandrint, əzizim, məni heç vaxt tərk etmə. Mən sənə elə bağlanmışam ki… Sən yoluma çıxan sevdiyim, bir kişisən. Əgər nə vaxtsa məni tərk edəcəksənsə, kədər-qəmlə baş-başa qoyacaqsansa, xahiş edirəm, elə bu başdan çəkil yolumdan, öyrətmə məni özünə. Mən qəribə taleli bir insanam, bir şeyə ki, bağlandım qala bilmirəm.
O, gözlərimdən süzülüb, yanağımda gilələnən göz yaşlarımı öpüşləriylə qurulayırdı. Kövrəlmişdi. Hiss edirdim ki, sözlərim onun incə qəlbini riqqətə gətiribdir. Axı o, yazıçı idi, duyumlu insandi, məni başa düşməyə bilməzdi.
Qonşu otaqdan, məşhur musiqiçi Şopenin «Pianoçu» sinfoniyasının həzin sədaları süzülürdü. Musiqi adamı lap dəli olmaq dərəcəsinə çatdırırdı. Ən kədərli anlarımda mən bu musiqini dinləyirdim. Bu musiqi çalınanda insanın keçdiyi bütün ömür yolu, elə bil kitab kimi vərəqlənirdi.
… Həmişə arzulamışdım, heç olmasa bircə dəfə də olsa, həzin gecələrin birində ərim məni ağuşuna alıb, bir misra şeirimi qulağıma pıçıldasın. Gözlərimi yumub onun pıçıltıyla dediyi sözlərə qulaq asım. Xumarlanım onun qucağında. Qoy xəyallar məni dağlara, dərələrə, təbiətin füsunkar mənzərələrini seyr etməyə dartıb aparsın. - Qoy, xəyallarım uca göylərin əngilliklərində itirib, batırsın məni. Yox olum. Dağ boyda, qalaq-qalaq buludların arasında, itim, tapılmayım. Günlərlə soraqlasınlar, axtarsınlar məni. Şair xəyalım bir səhər qızılgül ləçəyinin üstündə diyircəklənmiş şəbnəm damcıların içindən pıçıldasın… - orda tapılım mən. Xəyallarımı, arzularımı, içimi yandırıb-yaxan istəklərimi ərim duya bilsəydi, qiymətləndirə bilsəydi, - sevərdim onu. Ömrümün axırına kimi sevərdim. Bilərdim ki, o, mənim hisslərimin adamıdır. O məni qəlbən başa düşür… Amma on üç illik ailə həyatımızda, nəinki, o mənim ürəyimdən keçənləri duymamış, hətta dilimə gətirdiyim ülvi hislərimi də belə dinləmək istəməmişdi. Doğmalarımı, əzizlərimi itirəndə belə, mənə daşqəlblilik göstərmiş, bircə dəfə də olsun sınıq qəlbimi ovundurmağa çalışmamışdı. Belə vaxtlarda üzümü divara çevirərk, xısın-xısın ağlamış və allaha yalvarmışam ki, heç olmasa bircə gün də olsa, həyatda məni başa düşən insanla rastlaşdırsın. Həmişə və hər yerdə gözlərimlə, qəlbimlə axtarmışam, aramışam o insanı. Elə bil hiss eləmişdim ki, nə vaxtsa günlərin birində yoluma çıxacaqdı o insan. Oxşayacaqdı ruhumu, sevəcəkdi, yaşadacaqdı məni…
… O günü mən bədənimi və ruhumu bütünlüklə Aleksandirintin ixtiyarına verdim… Ərimə xəyanət etdim… Cismim sakitləşdi, ruhum sevindi… …Hər ikimiz susmuşduq… Onu bilmirəm, mən bu hərəkətimdən peşiman deyildim. Qadın idim. Mənim də insan kimi yaşamağa haqqım vardı. Mən sevməliydim, sevilməliydim. Kimsə məni başa düşməliydi.
… Aleksandirint onda bir günlüyə gəlmişdi. Qal!- dedim. - Heç olmasa doyunca üzünü görüm. Razı olmadı. - Getməliyəm!- dedi. Necə gəlmişdisə, eləcə də çıxıb getdi.
Onu dəmiryol vağzalından yola salırdım. Gecə saat oniki idi. Baltik dənizindən qalxan soyuq hava seli üz-gözümü yalasa da, içim od tutub yanırdı. Ürəyim nanə yarpağı kimi titrəyirdi. O, əllərimdən bərk-bərk yapışaraq, məni köksünə sıxmışdı. Təsəlli olası sözlər deyirdi ki, darıxmayım. Çalışırdım ki, onun dediyi kimi olum. Amma özümlə bacara bilmirdim. Danışmağa çətinlik çəkirdim. Elə bil dil-dodağım kilidlənmişdi. Sakitcə dayanıb, gözlərimi onun gözlərinin içinə dikmişdim. Bütün varlığım ona bağlıydı. Mənə dünyada ondan əziz, ondan qiymətli bir varlıq yox idi o anda. Canımı istəsəydi belə, tərəddüd etmədən bir dəqiqənin içindəcə qurban verərdim.
Gecənin qaranlığını yarıb keçən parovozun zəhlətökən fiti bizi duyğularımızdan ayırdı. Ayrılığın dəmi gəlib çatmışdır, - düşündüm. O məni özünə sıxıb, dodaqlarımdan bərk-bərk öpdü və:
- Annacan! - dedi, - Qaç, geriyə baxmadan qaç! Uzaqlaş burdan. Burada qalıb arxamca baxsan darıxacaqsan. - Get, xahiş edirəm, tez get buradan!
Aleksandrint bunları deyib, geriyə dönərək qatara tərəf irəlilədi və bir göz qırpımındaca vaqona minib adamların içində gözdən itdi. Mən də geriyə döndüm. Bir-iki addım atmışdım ki, ayaqlarım, elə bil yerə mıxlandı. Nə qədər çalışdımsa da irəliyə gedə bilmədim. Geriyə dönüb, Aleksandrintin girdiyi vaqona boylandım. Vaqonun pəncərəsindən adamlar eşiyə baxaraq aşağıda, səkidə dayanmış yaxınlarına əl edirdilər. Mənə elə gəlirdi ki, Aleksandrintlə yenicə ailə həyatı qurmuşdum. Hələ bir-birimzə isinişməmiş, bir-birimizdən doymamış onu ordu xidmətinə çağırıblar. Və bu gün onu döyüş bölgəsinə yola salıram. Bilmirdim o nə vaxt qayıdacaq, necə qayıdacaqdır? Bax, bu hissləri yaşayırdım həmən anda.
Qatar reslər üzərində taqqıltı salaraq, yola düşəndə, elə bil ürəyim qırılıb içimə düşdü. Hıçqırıq məni boğurdu, güclə nəfəs alırdım. Sanki boğazımda, nə isə ilişib qalmışdı.
DAVAMI ÜÇÜN YÜKLƏYİN: